UZUNUNA DYUNLAR

hakim küləklərin istiqamətində uzanan, bitkilərlə bərkiməmiş və ya kol /ot/ basmış, en kəsiyi simmetrik olan uzun qum yığını. Hündürlüyü bir neçə yüz metrə çatır. Şimali Afrika, Mərkəzi və Orta Asiya, Avstraliya səhralarında yayılmışdır. продольные дюны longitudinal dunes, longitudinal sand ridges
UZUNUNA DƏRİNLİK QIRILMALARI
UZUNUNA FAY
OBASTAN VİKİ
Yala bənzər uzununa dyunlar
Dyunlar
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Uzununa dayanıqlıq
Uzununa sabitlik, Uzununa dayanıqlıq və ya Uzununa stabillik, təyyarənin burun-quyruq oxunda, yer düzlüyünə paralel olan düzlükdəki sabitliyini ifadə edir. Bir təyyarə, burun yuxarı və ya burun aşağı enərkən bir problem yaşayanda orijinal vəziyyətinə qayıtmağa meyl edərsə, buna uzununa dayanıqlıq deyilir. Əgər problem istiqamətində daha çox problemlərə meyllidirsə, bu dəfə uzununa qeyri-stabil adlandırılır. Uzununa qeyri-stabil təyyarələrdə baş verən problemdən sonra pilot müdaxiləsi baş vermirsə, təyyarə saxlanma itkisinə uğrayır.
Dyunlar çimərliyi
«Dyunlar» çimərliyi — Sankt-Peterburq şəhərində yerləşən naturist çimərlik. Karel bərzəxində, Fin körfəzi sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində 30 km aralıda yerləşir. Bu çimərlik 2008-ci ildə amerikanların tərtib etdiyi 1000 ən yaxşı naturist çimərliyi siyahısına daxil edilmişdir. Müxtəlif məlumatlara görə il ərzində burada 500 nəfər istirahət edir. == Tarix == Burada ilk naturist çimərliyin olması barədə məlumat 1960-cı illərə aiddir. Ancaq bu tip düşüncə sovet ideologiyasına zidd olduğundan dövlət buna qarşı mübarizə aparırdı. Naturistlər hər zaman milisin təqibləri ilə üzləşirdi. Naturistlər meşəliklərdə olan göllərdə çimməli olurdular. 1992-ci ildə dyunlar naturist çimərliyi rəsmi status alır.
Köndələn dyunlar
Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Parabolik dyunlar
Yataqboyu dyunlar
Zəncirvari dyunlar
Uzununa dalğalar (P)
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.